Portal

Azbloq

Baki semasina 6 min sar buraxildi

Bakı semasına 6 min şar buraxıldı
İNFORMASİYA/ 20:50 - 11 NOYABR 2012-MÜƏLLİF:ƏLİYEV FÜZULİ

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakıda möhtəşəm konsert proqramı təşkil olunub. Dövlət Bayrağı Meydanında təşkil edilmiş konsertdə gənc və tanınmış müğənnilər bir-birindən maraqlı ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının zövqünü oxşayııblar.
Tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşəbbüsü ilə reallaşdırılıb.
Gecədə 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayraqlarından birinin Azərbaycanda dalğalanmasından bəhs edilib, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti yüksək qiymətləndirilib.
Gecənin iştirakçılarına Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının inşası ilə tanışlığından və açılışı zamanı iştirakından bəhs edən videomaterial təqdim edilib.
 Sonda səmaya 6 min şar buraxılıb.




Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol